“Qurani Kərimin "Rum" surəsində Allah buyurur ki, bu möhkəm dinə bağlanın. Allah bu dini insanlıq fitrəti və insanlığın bulaşıq olmayan vicdanı üzərində kökləyib”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, yəni insan İslam dinini araşdırsa bunlar ona daha aydın olacaq: “Allah insanın fitrətinə uyğun olan heç nəyi qadağan etməyib. Əgər bir insan başqa bir insandan ayrılırsa onun kədərlənməsi yox, kədərlənməməsi anormaldır. Ona görə də İslam dinində dünyadan köçmüş insana yas tutmaq, ifrata varmadan onu yad etmək normal sayılır.
Mircəfər Əyyubov sözlərinə belə davam edib: “Peyğəmbərlər və imamlardan dərs götürsək görərik ki, onlar da öz əzizləri dünyadan köçəndə ağlayırdılar”.
Ayşən Vəli