...Serbiya prezidenti Aleksandar Vuçiç ətrafından, daha doğrusu, Avropa İttifaqından gileyləmir. Deyir ki, Belqradın Moskvaya dəstəyinə görə Serbiyaya qarşı sərt sanksiyalar tətbiq oluna və hətta onun Avropa İttifaqına gedən yolu da dayandıra bilər.
SİA bu barədə “TASS”a istinad edir.
“Biz hərbi neytral ölkəyik, siyasi cəhətdən neytral deyilik, biz Avropa yolundayıq. Nə qədər ki, biz Avropa yolundayıq, siyasi cəhətdən neytral dövlət ola bilmərik. Biz hərbi neytralıq və bu hərbi neytrallığı qoruyacağıq”, -deyə Serbiya lideri bildirib.
Aprelin 3-də prezident seçkilərində qazandığı qələbənin nəticələrinə görə Vuçiç bəyan edib ki, ölkə hərbi neytrallığı qoruyub saxlamağı davam etdirməklə yanaşı, Moskva ilə tərəfdaş və dostluq münasibətlərini də saxlamağa çalışacaq.
Xatırladaq ki, bundan əvvəl Vuçiç Serbiyanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiyaya qarşı məhdudiyyətlər qoymayacağını bildirib.
Dövlət başçısının qeyd etdiyi kimi, Serbiya Rusiya və Ukraynanı qardaş ölkələr hesab edir və Avropanın şərqində baş verənlərdən təəssüflənir.
Ağasəf Babayev