“Bavariya” heyətinə yeni yarımmüdafiəçi cəlb edir.
SİA Qol.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi “Ayaks”ın futbolçusu Rayan Qravanberxlə razılığa gəlib.
Niderland təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin keçidi üçün 35 milyon avro tələb edir.
Qravenberx 2023-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmayacağına qərar verib.
Qeyd edək ki, Rayan bu mövsüm “Ayaks”da 38 oyuna 2 qol vurub, 6 qol ötürməsi edib.