Görüntülər bütün dünyada rezonans doğurub

7 Aprel 2022 10:54 (UTC+04:00)

Ukraynada təkbaşına rus karvanına pusqu quran şəxsin görüntüləri bütün dünyada rezonans doğurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, kadrlarda Ukraynaya məxsus T-64 tankının Ukraynanın Nova Basan şəhərində bir qrup Rusiya maşınını pusquya saldığı görünür. Pilotsuz uçuş aparatı ilə çəkilən görüntülərdə karvanda rus tanklarının olduğu görünür.

Paytaxt Kiyevdən 40 km şərqdə, Nova Basanda qeydə alınan bu toqquşmanın martın 31-də baş verdiyi bildirilir. Ukrayna tankı uğurlu atışdan sonra rus karvanını dəf etməyə müvəffəq olsa da, görüntülər sürətlə yayılıb.

Tanka komandirlik edən əsgərlərin kimliyi hələ dəqiqləşdirilməsə də, görüntülər ortaya çıxandan sonra o, ölkənin “ən cəsur ukraynalısı” adlandırılmağa başlayıb.

Ləman Əlizadə