Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - MN

7 Aprel 2022 10:08 (UTC+04:00)

rmənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.