Britaniya Ukraynaya döyüş maşınları göndərməyi planlaşdırır

7 Aprel 2022 04:27 (UTC+04:00)

Böyük Britaniya Ukraynaya döyüş maşınları və onların idarə edilməsini öyrədən təlimçilər göndərməyi planlaşdırır.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Ukraynaya bir neçə ədəd “Mastiff” zirehli avtomobili və “Jackal” kəşfiyyat-dozor maşını verilə bilər. Bundan əlavə, Kiyevə tank əleyhinə sistemlər göndərilməsi də müzakirə mövzusudur. Birləşmiş Krallıq hesab edir ki, yaxın 3 həftə ölkədəki hərbi əməliyyatların nəticələri üçün həlledici olacaq.