İtaliyada COVID-19-a yoluxanların sayı 15 milyonu ötüb

7 Aprel 2022 05:27 (UTC+04:00)

İtaliyada bu vaxtadək koronavirus infeksiyasına 15 milyondan çox yoluxma faktı qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 69 min 278 nəfər artaraq ümumilikdə 15 milyon 35 min 943-ə çatıb. COVID-19-un qurbanlarının sayı isə 150 nəfər artaraq 160 min 253-ə yüksəlib. Hazırda ölkədə 1 milyon 274 min 286 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, İtaliyada 2020-ci il dekabrın 27-dən etibarən həyata keçirilən vaksinasiya kampaniyası çərçivəsində indiyədək 136 milyon 92 min 615 doza peyvənd vurulub.