Son 40 ildə Panamada tropik meşələrdə yaşayan quşların 90 faizinin yoxa çıxdığı bildirilir.
ABŞ-ın İllinoys Universitetinin tədqiqatçıları 43 il ərzində Panamadakı Soberania milli parkında quş növlərini müşahidə ediblər. Nəticələrə görə, 40 ildə milli parkda quşların sayı kəskin şəkildə azalıb. Quş populyasiyasında 35 növün sayı 50 faizdən çox, 9 növün sayı isə 90 faiz aşağı düşüb.
Alimlər bu azalmanın səbəbini dəqiq izah edə bilmir. Mümkün səbəblərə iqlim dəyişikliyi ilə bağlı yağıntıların seyrəlməsi, qida çatışmazlığı və doğum nisbətlərinin azalması daxildir.
SİA xəbər verir ki, tədqiqatçılar prosesi “narahatedici” adlandırıblar.