Adıyaman vilayətinin Kahta qəsəbəsində qaya məzarları və yaşayış məntəqələri aşkarlanıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Tütenocak kəndində xəbərdarlığı qiymətləndirən Muzey Müdirliyi qrupları dağlıq ərazidə Bizans dövrünə aid olduğu düşünülən yaşayış yeri ilə Roma dövrünə aid olduğu bildirilən qaya məzarlarını müəyyən edib.
Ərazidə ayrıca memarlıq qalıqları və çoxlu dam kirəmitləri də aşkar edilib.
İşçi qrupları ərazinin qeydiyyatı və mühafizəsi ilə bağlı işlərə başlayıb.