Polşa ABŞ ilə "M1A2 Abrams" əsas döyüş tankı üçün müqavilə imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Polşa müdafiә naziri Mariusz Blaşçak mәlumat verib.
Mәlumata görә, sözügedən razılaşma ilə Polşa ABŞ-dan 250 ədəd tank alacaq. Müqavilәni Polşanın müdafiə naziri Mariuş Blaşçak vә Amerika Birlәşmiş Ştatlarının Polşadakı sәfiri Mark Brzezinski imzalayıblar.
İmza mәrasimindә çıxış edәn Polşa müdafiә naziri deyib: ‘‘Bu gün Polşa-ABŞ әmәkdaşlığı üçün çox әhәmiyyәtli gündür’’.
Polşanın müdafiə naziri Mariuş Blaşçak qərarın ölkəsinin təhlükəsizliyi üçün çox əhəmiyyətli olduğunu və müdafiə qabiliyyətini gücləndirəcəyini bildirib.