Türkiyənin Nevşehir şəhərinin stolüstü tennis könüllüləri 6 Aprel Dünya Stolüstü Tennis Günü münasibətilə Kapadokyada dünyada bir ilk olacaq tədbir təşkil ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, stolüstü tennis könüllüləri 6 aprel Dünya Stolüstü Tennis Gününü Kapadoyada yeraltı, yer üstü və səmada stolüstü tennis oynayaraq qeyd ediblər.
Maarifləndirmə məqsədi ilə “Stol tennisi hər yerdədir” mövzusu ilə təşkil olunan tədbir ilk olaraq səmada başlayıb. Beləliklə, stolüstü tennis səmada da oynana bilən idman növü kimi tarixə düşüb. Nevşehir qalası və Kaya Şəhərdə min illərlə davam edən fəaliyyət daha sonra yerin altında davam edib. Minlərlə illik tarixi olan yeraltı şəhəri Kaymaklıda davam edən tədbir dünyada bir ilk olaraq tarixə düşüb.
Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Oktay Çimen, “6 aprel Dünya Stolüstü Tennis Günü bütün dünyada qeyd olunur. Bütün ölkələr bu təşkilat haqqında Dünya Stolüstü Tennis Federasiyasına kadrlar göndərirlər. Biz bu tədbiri Türkiyədə təşkil etmək, eyni zamanda səsimizi dünyaya çatdırmaq, Kapadokya bölgəsini və Nevşehiri bütün dünyaya tanıtmaq istədik. Biz də stolüstü tennisə maraq yaratmaq üçün belə bir layihə hazırlamışıq. Biz həm şarda, həm qalada, həm də yeraltı şoular edirik. Ümid edirəm ki, etdiyimiz bu kadrlar dünyada birinci yeri qazanacaq. Ümumdünya Stolüstü Tennis Federasiyası tərəfindən də yarış təşkil olunur. Hesab edirəm ki, həm Kapadokya bölgəsini tanıtmaq, həm də idmanın bu sahəsini tanıtmaq üçün yaxşı orqanizasiya oldu” deyib.
Nəzrin Əyyublu