La Liqa təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib

6 Aprel 2022 16:57 (UTC+04:00)

İspaniyanın “Alaves” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA La Liqa saytına istinadən xəbər verir ki, komandaya 40 yaşlı Xulyo Valaskes rəhbərlik edəcək. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
O, bu postda Xose Luis Mendilibarı əvəzləyib.