Jurnalistlər güzəştli ipotekadan nə vaxt yararlanacaq? - DİQQƏT! - ŞÖBƏ MÜDİRİ AÇIQLADI

6 Aprel 2022 16:38 (UTC+04:00)

Məlum olduğu kimi, bu ilin fevral ayında Baş nazir “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Prezidentin fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Media Reyestrinin aparılması qaydalarının layihəsinin, jurnalistlərə güzəştli ipotekanın verilməsi, həmçinin jurnalist vəsiqəsinin forması və dəyişdirilməsinə görə ödənişin məbləği ilə bağlı təkliflərin iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulurdu.

Mövzu ilə bağlı Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva SİA-ya açıqlamasında bildirib ki, hazırda ilkin layihə müzakirə mərhələsindədir: “Media Reystrinin aparılması qaydalarının, həmçinin jurnalist vəsiqəsi və Media Reyestrinin şəhadətnaməsinin formasının ilkin layihəsi hazırlanmış və aidiyyəti qurumlarla işçi qaydada müzakirələr aparılmaqdadır. Bu proses yekunlaşdıqdan sonra təkliflər aidiyyəti üzrə təqdim ediləcək”.

Arzu Qurbanzadə