Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşüb FOTO

6 Aprel 2022 15:51 (UTC+04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

SİA-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

O qeyd edib ki, görüşdə Azərbaycanda sosial-iqtisadi inkişaf, birgə layihələrin icrası və regionda gedən proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr aparılıb.