"Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən keçirilən 5-ci “Run for Art” beynəlxalq foto sərgisi İtaliya Olimpiya Kompleksi tərəfindən təşkil olunub". SİA-nın verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Onun sözlərinə görə, bugünkü müsabiqə Tokio Olimpiadasında yeni idman növlərinə həsr olunub: "Bir neçə azərbaycanlı idmançı da bu müsabiqədə iştirak edib. Biz də müsabiqənin yekunu və sərginin ölkəmizdə keçirilməsini xahiş etdik. Bu sərgini Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr etdik".
Ləman Əlizadə