Ramazan ayında alış-veriş edərkən qidalara diqqət edilməlidir. Əslində, bu ay seçimlərimizə təsir edən bir çox amil var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusən də bütün qida qruplarını yalnız iki yeməyə uyğunlaşdırmaq çətin ola bilər.
Oruc tutarkən düzgün yemək və bunun üçün düzgün alış-veriş siyahısı yaratmaq çox vacibdir.
Ramazanda yeməklərin sayı azaldığından tərəvəz və meyvələrin istehlakına çox vaxt laqeyd yanaşılır. Bu ay dəyişən pəhriz bağırsaq sağlamlığına və həzm sisteminə birbaşa təsir göstərə bilər.
Uzun müddət davam edən aclıq və ardınca ani mədə yüklənməsi, yemək sayının azalması, maye istehlakının azalması, lif, tərəvəz və meyvələrdən qeyri-kafi qidalanma həzm sisteminizi təsir edən amillər arasındadır.
Leyla Həsənəliyeva