50 min dollarlıq qolbağın üzərində 10 simvol var

6 Aprel 2022 12:57 (UTC+04:00)

Məşhur xarici müğənni Rihanna körpəsinin nə vaxt doğulacağını açıqlamayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, körpənin may ayında doğulacağı iddia edilir.

İddiaya səbəb müğənniyə sevgilisi A$AP Rocky tərəfindən hədiyyə edilən bilərzikdir. 50 min dollarlıq qolbağın üzərində 10 simvol var.

Zinət əşyalarının dizaynını həyata keçirən "Annoushka Fine Jevelry" şirkəti A$AP Rocky-nin hər simvolu mənalarına görə bir-bir seçdiyini açıqladı. Simvollardan biri may ayının doğum daşı olan zümrüd medalyondur.

Ayşən Vəli