"Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hər zaman Azərbaycan dövləti dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq formatında normal münasibətlər qurmağa, beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə istiqamətlənmiş bir siyasət yürüdür. Əlbəttə, region ölkələri ilə daha yaxşı əlaqələrin qurulması dövlətimizin ən prioritet məsələlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bu il 30-cu ildönümünü qeyd etdiyimiz diplomatik əlaqələrin qurulmasının tarixinə nəzər salsaq görürük ki, ölkə başçısı tərəfindən yürüdülən siyasətdə Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədə qurulub: "Dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləri artıq 2022-ci ilin fevral ayının 22-də imzalanmış "Müttəfiqlik haqqında Bəyannaməyə görə münasibətlər daha üst səviyyəyə çıxıb".
Cavid Osmanov sözlərinə belə davam edib: "Rusiya prezidentinin bu günlərdə Azərbaycan Prezidentinə ünvanladığı məktubda da bir daha göstərir ki, bir çox sahələrdə Azərbaycan Rusiya münasibətləri uğurla inkişaf edir. Bundan sonra da qarşılıqlı əməkdaşlıq fonunda daha sıx münasibətlərin qurulmasına istiqamətlənmiş siyasət yürüdülür".
Ayşən Vəli