LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Azərbaycan Respublikasının regionda fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99–cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi keçirilib. SİA-nın xəbərinə görə, keçirilən Zona tədbirində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollec, Lənkəran Dövlət Peşə Mərkəzi, Masallı Dövlət Regional Kolleci, Masallı Peşə məktəbi, Astara Pedaqoji Kolleci, Lerik Peşə məktəbi iştirak edib.
Müsabiqədə seçilmiş iştirakçılar arasından I və II yerin qalibləri olan tələbələr III mərhələyə adlarını yazıblar. Kollec tələbələrindən Quliyeva Röya, Ağazadə Fərid, Dadaşzadə Fidan, Niftullazadə Güldəstə, Məmmədov Saday, Abdullazadə Mirzadə, Hüseynova Fatimə və Əsgərov Vüsal, Peşə liseyləri üzrə İsmayılova Səbinə və Xəlilova Şəlalə növbəti mərhələyə vəsiqə qazanıblar.
Respublika mərhələsinə müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan iştirakçılar qatılır. Respublika mərhələsi 27 aprel 2022–ci il tarixində şeir və rəqs nominasiyası üzrə, 29 aprel 2022–ci il tarixində mahnı nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecində keçiriləcək.
Kollecdə keçirilən tədbirdə Təhsil Nazirliyinin Gənclərin Bədii Yaradıcılıq evinin bədii yaradıcılıq şöbəsinin müdiri Quliyeva Sevda, metodist Kərimova Hicran, dərnək rəhbəri Qənbərov Ceyhun, Kollecin və Peşə liseylərinin məsul şəxsləri iştirak ediblər.
Sərraf Talıbov