Mədəniyyət naziri sərgidə çıxış edib

6 Aprel 2022 11:55 (UTC+04:00)

"Milli Olimpiya Komitəsi 30 il ərzində şərəfli bir yol keçib. Bu komitənin yaradılmasında Ulu Öndər Heydər Əliyev əsaslı rol oynayıb". SİA xəbər verir ki, bu fikirləri Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən keçirilən 5-ci “Run for Art” beynəlxalq foto sərgidə çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazir qeyd edib ki, Cənab Prezident İlham Əliyev də komitənin uğurlarını davam etdirib: "Komitənin səyləri nəticəsində Azərbaycan idman yarışlarına ev sahibliyi edib. Bunun nəticəsində Azərbaycan idmana diqqət göstərən bir ölkə kimi yadda qalıb. Azərbaycanda idman növləri və qələbə mədəniyyəti inkişaf etdirilib. Bu da gənclərin qələbə ruhunda böyüməsinə çox böyük təsir edib.

İdmanla mədəniyyət arasında bağlılıq olduğuna inanırıq. İdman vasitəsilə fiziki olaraq gücləniriksə, mədəniyyət ilə ruhumuzu gücləndiririk. Bu tədbirin təşkili təşəbbüsü ilə İtaliya və Azərbaycan Milli Olimpiya Komitələrini təbrik edirəm".

Ləman Əlizadə