ÇL-də 1/4 final mərhələsi başladı

6 Aprel 2022 01:09 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Mançester Siti" evdə "Atletiko"nu 1 cavabsız qolla məğlub edib.

"Benfika" isə doğma meydanda "Liverpul"a uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri aprelin 13-də oynanılacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0

Qol: De Brüyne, 70.

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:3

Qollar: Nunes, 49 - Konate, 17, Mane, 34, Dias, 87

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

6 aprel

23:00. "Çelsi" (İngiltərə) - "Real" (İspaniya)

23:00. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)