Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

6 Aprel 2022 00:07 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 5-də 37 nəfər dünyasını dəyişib.

Bir gündə 232 min 135 test edilib. Gündəlik yoluxma sayı 12.213-dür.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 13.568-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 122 min 340-a yüksəlib.