Kapadokyadakı muzey və tarixi yerləri ziyarət edənlərin sayı artıb

5 Aprel 2022 22:11 (UTC+04:00)

Kapadokyadakı muzey və tarixi yerləri ziyarət edənlərin sayı ilin ilk rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54 faiz artaraq 305 min 275-ə çatıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Təbii, tarixi və mədəni sərvətləri ilə turistlərin diqqətini çəkən Nevşehir vilayətinin turizm mərkəzi olan Kapadokya "Covid-19" epidemiyası dövründə sakit prosesi geridə qoymağa başlayıb.

Cari ilin yanvar, fevral və mart aylarında rayondakı muzey və tarixi yerlərə girişlərin sayı ötən illə müqayisədə artıb.

Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, keçən ilin ilk rübündə 197 min 541 nəfərin gəzdiyi muzey və xarabalıqlar, bu il təxminən 54 faiz artımla 305 min 275 nəfər tərəfindən gəzilib.

İlin ilk rübündə ziyarətçi sayı Göreme Açıq Hava muzeyində 94 min 642, Zelve xarabalıqlarında 93 min 793 və Kaymaklı Yeraltı şəhərində 51 min 144 olaraq qeydə alınıb.