Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı SAYI

5 Aprel 2022 16:50 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 054 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 259, üç və daha çox doza vaksin vurduranların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 654 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 503 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 019, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 162, üç və daha çox doza vaksin vurduranların sayı 3 115 333, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 231 120 təşkil edir.