BDU 2022-ci il üçün doktoranturaya qəbul elan edir

5 Aprel 2022 13:28 (UTC+04:00)

Bakı Dövlət Universiteti 2022-ci il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir. SİA xəbər verir ki, sənədlərin qəbulu 2022-ci il aprelin 5-dən mayın 5-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsindən və rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.