İcbari tibbi sığorta ilə bağlı dinləmə keçiriləcək

5 Aprel 2022 11:54 (UTC+04:00)

“Bu gün bəzi ticarət mərkəzlərində vaxtı keçmiş qida məhsulları satılır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, buna nəzarət daha da yüksək olmalıdır: “Bu gün bizim üçün əsas məsələlərdən biri iqtisadi artım və sosial məsələlərin həllidir”.

Rüfət Quliyev iclasda icbari tibbi sığorta ilə əlaqədar dinləmə keçirilməsi ilə bağlı sədrdən xahiş edib. Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, belə bir dinləmə keçiriləcək.