Rusiyada gizli səfərbərlik elan edilib?

5 Aprel 2022 11:09 (UTC+04:00)

Rusiya ilə Ukrayna arasında müharibənin 40-cı günündə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada ağır itkilər verən Rusiyanın ölkədə gizli səfərbərlik elan etdiyi və pul müqabilində 60 min təcrübəli adamı orduya cəlb etməyə hazırlaşdığı iddia edilib.

Ukrayna Baş Qərargahından verilən açıqlamada, "Donetsk və Luqansk bölgələrində düşmənin 7 hücumu dəf edilib. 2 zirehli texnika və 43 avtomobil, 3 döyüş təyyarəsi, 1 helikopter və 2 qanadlı raket məhv edilib. Bundan başqa, gizli səfərbərlik elan edilib. Rusiyanın pul müqabilində 60 min təcrübəli əsgərin cəlb edilməsi planlaşdırılır. Əsgərlər Krasnador vilayəti, Perm vilayəti, Dağıstan Muxtar Respublikası, İnquşetiya və Kalmıkiyadan seçiləcək" deyə bildirilib.

Ləman Əlizadə