KXDR liderinin bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Ye-Çjon Seulun “hərbi qarşıdurma” barədə qərar verəcəyi təqdirdə Cənubi Koreyaya qarşı nüvə silahından istifadənin mümkünlüyünü açıqlayıb.
SİA-nın məlumatına görə, bu barədə “RİA Novosti” Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə (CTAC) istinadən xəbər verir.
Onun sözlərinə görə, Cənubi Koreya KXDR-ə qarşı hərbi təcavüzdən istifadə edərsə, o zaman Şimali Koreyanın döyüş qüvvələri “qaçılmaz olaraq öz vəzifəsini yerinə yetirməli olacaq”.
Kim Ye-Çjon əlavə edib ki, Cənubi Koreyanın müdafiə naziri KXDR-ə qarşı qabaqlayıcı zərbənin mümkünlüyünü qeyd etməklə “çox böyük səhvə” yol verib.
Qeyd edək ki, Kim Ye-Çjon onu da vurğulayıb ki, KXDR hakimiyyəti Cənubi Koreya ilə müharibəyə getmək istəmir və qonşu dövləti özlərinə düşmən hesab etmir.
Xatırladaq ki, bir müddət bundan əvvəl xəbər verilmişdi ki, Kim Ye-Çjon Cənubi Koreya hakimiyyətinə KXDR-ə hörmət göstərmək və “özünü ədalətli aparmaq” tələbi ilə müraciət edib. O, qeyd edib ki, yalnız bu halda hər iki dövlət münaqişəsiz ünsiyyət qura biləcək
Ağasəf Babayev