Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 4-də 40 nəfər dünyasını dəyişib.
Bir gündə 236 min 343 test edilib. Gündəlik yoluxma sayı 12.647-dir.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 13.958-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 97 min 462-yə yüksəlib.