Qarşıdurmada 19 nəfər yaralanıb, 10 nəfər həbs edilib

4 Aprel 2022 17:20 (UTC+04:00)

Fələstin Qızıl Aypara Cəmiyyəti işğal altındakı Qüdsün Şam Qapısı bölgəsində İsrail qüvvələri ilə fələstinli gənclər arasında baş verən qarşıdurmada 19 fələstinlinin yaralandığını, 10 nəfərin isə həbs edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şam Qapısı bölgəsində toplaşan fələstinli gənclərə müdaxilə edən İsrail qüvvələri rezin güllə və qaz bombalarından istifadə edib.

Hücumun Qüds xalqının Şam Qapısı meydanında təşkil etdiyi dini mərasimləri pozmaq və hər il Ramazan ayında Məscidül-Əqsanı ziyarət etmək məqsədilə həyata keçirildiyi bildirilib.

Ayşən Vəli