Şuşa zəfərimizin tacıdır

4 Aprel 2022 17:18 (UTC+04:00)

“Şuşa bizim zəfərimizin tacıdır. Eyni zamanda tariximizin, mədəniyyətimizin, ümumilikdə milli kimliyimizin əsas simvollarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, bu ilin “Şuşa ili” elan edilməsi bunöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir: “Ölkəmizdə bununla bağlı olaraq il boyu müxtəlif tədbirlər keçiriləcək. Mən düşünürəmki, bu ilin “Şuşa ili” elan edilməsi gənclərimizə və məktəblilərimizə çox faydalı olacaq, onların vətənpərvər ruhda yetişməsi və tərbiyəsinə böyük töhfə verəcəkdir.

Cənab prezident tərəfindən bu ilin “Şuşa ili” elan edilməsi həmdə ölkə xaricində Azərbaycanın təbliği baxımından son dərəcə mühüm hadisədir. Bu sayədə Azərbaycan mədəniyyəti daha geniş təbliğ olunacaq, qloballaşan dünyada Azərbaycanın özünəməxsus dəyərlərinin tanıdılması işinə böyük təkan verəcəkdir”.

Səbinə Hüseynli