Zelenski Buçaya səfər edib

4 Aprel 2022 16:54 (UTC+04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin geri çəkildiyi Buça və İrpin şəhərlərinə səfər edib və araşdırmalar aparıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Buçada rus karvanının məhv edildiyi məntəqəyə baş çəkən Zelenski onu müşayiət edən hərbi karvanla vurulan mülki yaşayış məntəqələrindən keçərək ərazini tərk edib. Zelenski daha sonra onu müşayiət edən hərbi karvanla İrpinə gedib və araşdırmalar aparıb.