“Dünyanın ən uzun qadını” adı ilə Ginnes (Guinness) Rekordlar Kitabına düşən Rumeysa Gelgi 3 sahədə yeni titullar qazanıb.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Karabük rayonunun Safranbolu qəsəbəsindəki evində mətbuata açıqlama verən 25 yaşlı Gelgi deyib: “Təxminən bir ay əvvəl "Dünyanın ən böyük əllərinə malik qadın", "Ən uzun barmaqları olan qadın" və "Dünyanın ən uzun kürəyi olan qadın" adlarını almışdım.
Bu 3 başlıq üçün 2022-ci ilin əvvəlində müraciət etdim. Ölçmə prosesini həyata keçirdik. Daha sonra yeni rekordlarım təsdiqləndi”.
Mənim sağ əlim 24,93, sağ orta barmağım 11,2, kürəyim isə 59,9 santimetrdir.
Ümumilikdə 5 dəfə dünya rekordçusu olmuşam. Bu, böyük qürur və şərəfdir. Bilmirəm, dünyada bədən fərqləri kateqoriyasında belə titula sahib ikinci rekordçu varmı?
Mən fövqəladə fiziki fərqlərlə doğulmuşam. Buna görə də mümkün qədər tanınmaq istəyirəm. Ümid edirəm ki, bu, görünən fərqləri olan hər kəsə özlərini olduğu kimi qəbul etməyə ilham verəcək.
Əslində, biz özümüzü olduğumuz kimi qəbul etdikdə, dünya da qəbul edir, hətta mükafatlandırır bu qeyri-adi xüsusiyyətlərə görə."