"Nərimanov Tibb Mərkəzində 14 nəfər qeydiyyatdan keçib". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Nərimanov rayon Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov.
Onun sözlərinə görə, onlardan 4 nəfər evə yollanıb: "7 nəfərdən 3-ü kritik ağırdır. Onlardan biri xarici vətəndaşdır. Qalanlar isə palatadadır. Əksəriyyəti yanıq xəsarəti alıb. Əməliyyat yalnız bir nəfərdə olub. 2-ci və 3-cü dərəcəli yanıqlar var və onlar da müalicə olunur".
Xatırladaq ki, ötən gün gecə saat 03:00 radələrində Bakı şəhəri Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verib. Baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat etmişdir.
Banuçiçək Hüseynli