Güclü külək nəticəsində xəsarət alanlar var

4 Aprel 2022 14:25 (UTC+04:00)

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.