Həftədə dörd gün işləməyin məhsuldarlığa təsiri araşdırılacaq

4 Aprel 2022 11:18 (UTC+04:00)

Britaniya daxilində 60 şirkətdə 3000-dən çox işçi ilə həftədə dörd günlük iş rejimi sınaqdan keçiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Covid-19 pandemiyası bütün dünyada iş nümunələrinin yenidən qiymətləndirilməsinə səbəb olub. Növbəti iyundan dekabr ayına qədər həftədə dörd gün olan tətbiq müxtəlif şirkətlərdə və xeyriyyə təşkilatlarında sınaqdan keçiriləcək.

Tədqiqat Oksford və Kembric universitetləri və ABŞ-ın Boston kollecinin alimləri ilə əməkdaşlıq çərçivəsində aparılacaq. Həftədə dörd gün işləməyin məhsuldarlığa təsiri araşdırılacaq. Covid-19 pandemiyası bütün dünyada iş nümunələrinin yenidən qiymətləndirilməsinə səbəb olub. Bir çox ekspertlər hesab edir ki, iş qaydası baxımından pandemiyadan əvvəlki dövrə qayıtmaq mümkün deyil.

Ləman Əlizadə