İndiyə qədər 280 cəsədi kütləvi məzarlığa basdırdıq

4 Aprel 2022 10:31 (UTC+04:00)

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev və onun ətrafından geri çəkilərkən böyük vəhşiliyin qalıqlarını geridə qoyur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Buça rayonunda küçələrdən meyitləri təmizləyən ukraynalı əsgərlər bir evin zirzəmisində qadın və uşaqların da olduğu işgəncəyə məruz qalmış 18 cəsəd tapıblar.

Ukraynanın baş prokuroru İrina Venicetova Buça, İrpin və Qostomeldə 410 mülki şəxsin cəsədinin tapıldığını açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres qətliamla bağlı müstəqil təhqiqat aparılmasını, Avropa İttifaqı və İngiltərə isə Rusiyanın hücumlarının müharibə cinayəti kimi araşdırılmasını tələb edib.

Vəhşilik görüntülərinin gəldiyi Buçanın yerli meneceri Anatoli Fedoruk, “İndiyə qədər 280 cəsədi kütləvi məzarlığa basdırdıq" deyib.

Ləman Əlizadə