Ekvadorun cənubundakı Kuenka şəhərində yerləşən həbsxanada baş verən toqquşmalar nəticəsində 20 nəfər öldürülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti tviterdə məlumat yayıb.
“20 ölü Kuenka Məhkəmə Tibb Mərkəzinə gətirilib. Vətəndaşlardan rəsmi kanallar vasitəsilə məlumat almalarını xahiş edirik”, – xəbərdə deyilir.