Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 3-də 38 nəfər dünyasını dəyişib.
Bir gündə 211 min 68 test edilib. Gündəlik yoluxma sayı 9.021-dir.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 10.312-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 70 min 173-ə yüksəlib.