“Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün keçirilən brifinqdə jurnalistlərə açıqlamasında TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar.