“Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb”. SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün keçirilən brifinqdə TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, partlayış zamanı 1 nəfər vəfat edib. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir”.