“Bizi yaşadan nəğmələr”

3 Aprel 2022 05:16 (UTC+04:00)

Heydər Əliyev Sarayı Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, aprel ayının 29-u saat 19:00- da Sarayın “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı möhtəşəm konsert proqramı hazırlanır.

Gecədə bəstəkarın illərdi sevə-sevə dinlədiyimiz, hər birimizin dillər əzbəri, həyatımızın bir parçası olan unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Biletləri “iticket.az” dan onlayn və şəhərin kassalarından əldə etmək mümkündür.