Britaniya Odessanı qorumaq üçün Ukraynanı silahlandırır?

3 Aprel 2022 04:48 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson Putinin Ukraynanın cənubu ilə bağlı planlarını pozmaq və Silahlı Qüvvələrə Odessanı effektiv müdafiə etmək üçün lazım olan silahları göndərmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” materialında deyilir.

Böyük Britaniyanın baş naziri Boris Conson Putinin Ukraynanın cənubu ilə bağlı planlarını pozmaq və Silahlı Qüvvələrə Odessanı effektiv müdafiə etmək üçün lazım olan silahları göndərmək istəyir. Bu barədə “The Times” materialında deyilir. London Rusiya gəmilərini dəf etmək üçün Ukraynanı gəmi əleyhinə raketlərlə silahlandırmaqda israrlıdır.

Eyni silah sahil şəhərlərini dənizdən atəşə tutulmaqdan qoruyacaq. Conson nazirlərlə söhbətində Rusiyanın irəliləməsinin qarşısını almaq üçün gəmi əleyhinə raketlər almaq və onları Ukrayna silahlı qüvvələrinə vermək istəyini ifadə edib.

Bu gecə prezident Vladimir Zelenski Johnson ilə Ukraynaya yeni müdafiə yardımı paketi ilə bağlı razılığa gəldiyini təsdiqləyib.

Ukrayna rəhbərinin sözlərinə görə, ruslar əsas diqqəti Donbas və Ukraynanın cənubunu ələ keçirməyə yönəldiblər.

… Putin mayın 9-dək Ukraynanın şərqini işğal etməyi gözləyir. Ancaq görünən odur ki, söhbət münaqişənin uzadılması və “çeçen ssenarisi”nin təkrarlanmasından gedir.

Ağasəf Babayev