Əlcəzairin “Əl Hərir” portalında Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə material yayımlanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, materialda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb.
Xəbərdə qeyd olunub ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun sədrlik etdiyi iclasda türk dünyasının mədəni əlaqələrinin inkişafına dair mühüm qərarlar da qəbul edilib.