“Lill” və “Nitsa” doğma meydanda xal itirdi

3 Aprel 2022 02:47 (UTC+04:00)

Futbol üzrə Fransa çempionatında 30-cu tura start verilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Nitsa” son 5 matçdan qalib ayrılan “Renn”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Son çempion “Lill” də autsayder “Bordo” ilə ev oyununda 1 xalla kifayətlənib.

Bu gün həm də Marsel “Olimpik”i təhlükəli zonadan qurtulmağa can atan “Sent-Etyen”in qonağı olmalı idi. Lakin bu görüş güclü qar səbəbindən təxirə salınıb.

Fransa Liqa 1

30-cu tur

2 aprel

Nitsa – Renn 1:1

Qol: Delor, 67 – Terrye, 78.

Lill – Bordo 0:0

Sent-Etyen – Olimpik (Marsel) matçı təxirə salınıb

3 aprel

15:00. Strasburq – Lans

17:00. Klermon – Nant

17:00. Mets – Monako

17:00. Monpelye – Brest

17:00. Trua – Reyms

19:05. Olimpik (Lion) – Anje

22:45. PSJ – Loryan