Әfqanıstanın Herat vilayәtindә törәdilәn hücum nәticәsindә 5 nәfәr hәyatını itirib.
Bu barәdә Herat Xәstәxanasından verilәn bәyanatda bildirilib. Mәlumata әsasәn, hücum Herat vilayәtinin Cebrail bölgәsindә törәdilib. Hücum nәticәsindә 25 nәfәrin dә yaralandığı bildirilib. Bәzi yaralıların vәziyyәti ağır olaraq qiymәtlәndirilir. Şahidlәr hücum zamanı 10 nәfәrin hәlak olduğunu irәli sürüb.
Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb