Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

2 Aprel 2022 15:04 (UTC+04:00)

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. SİA-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il mayın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət martın 1-də başa çatmışdı.