Rəşad Nəbiyev Gürcüstana rəsmi səfər edəcək

2 Aprel 2022 13:12 (UTC+04:00)

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 4-də Gürcüstana rəsmi səfər edəcək. SİA xəbər verir ki, nazir Gürcüstanda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.