Bakı Dövlət Sirki bu dəfə səyyar manejini “Qocalar evi”ndə qurub. Bu barədə SİA-ya Dövlət Sirkindən məlumat verilib.
Bildirilib ki, "Qocalar evi”nin sakinləri üçün hazırlanan nömrələr ahılların sevincinə səbəb olub.
Qeyd edək ki, Bakı Dövlət Sirki mütamadi olaraq xeyriyyə məqsədi ilə səyyar manejini quraraq cəmiyyətin həssas təbəqələrinin qarşısında çıxış edir.