Türkiyedə "Covid-19"la bağlı son vəziyyət

1 Aprel 2022 23:54 (UTC+04:00)

Türkiyedə yeni növ koronavirusdan (Covid-19) aprelin 1-də 45 nəfər dünyasını dəyişib.

Bir gündə 265 min 362 test edilib. Gündəlik yoluxma sayı 13.367-dir.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 14.858-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 57 min 130-a yüksəlib.